Nazir Azad Rəhimovun internet üzərindən keçirdiyi müşavirəyə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi də qatılıb. Onlayn görüşdə ölkəmizdə COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi həyata keçirilən tədbirlərdən söz açılıb. Karantin rejimində reallaşan müxtəlif layihələrdən danışılıb.
Karantin günlərində "Evdə qal, idmansız qalma!", "Mənim qəhrəmanım" kimi layihələrlə yanaşı, "İdeya var", "Tələbə baharı", "Evdə addımla", "Virtual Qarabağ" və digər layihələr nazirlik tərəfindən həyata keçirilir. Bütün bunlar müvafiq yaş kateqoriyasının daha aktiv və yaradıcı olması üçün həm gənclər, həm də idman sahələrini əhatə edir.
Gənclər şəhər Gənclər və İdman Baş İdarəsi sosial şəbəkələrdəki səhifəsində icra olunan layihələr haqda mütamadi olaraq məlumatlar verib, çağırışlar edir.
Xatırladaq ki, məlum vəziyyətlə bağlı Bakıda keçirilməsi nəzərdə tutulan cüdoçuların Böyük Dəbilqə turniri, karate növü üzrə böyüklər arasında Avropa çempionatı və Formula 1 Azərbaycan Qran - Prisi təxirə salınıb.
- Baxış: 951