• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 20.04.2020 19:53

Nəcib təşəbbüsə Gəncə də qoşuldu

KepezTV Player

Gəncə ictimaiyyəti də nəcib təşəbbüsə quşulub. Ölkədə başladılan xeyirxah aksiya, qanvermə kompaniyasına şəhər fəalları da qoşulub. İcra hakimiyyətinin başçısı, millət vəkilləri, icra strukturlarının rəhbərləri ilə yanaşı sakinlərin də iştirk etdiyi aksiyada gün ərzində 49 nəfər könüllü donor qismində iştirk edib.

Gəncədə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə humanist, şəfqət dolu aksiya. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına şəhər ictimaiyyəti də qoşulub. Bu gün reallaşan qanvermə aksiyasına şəhər sakinləri iləı yanaşı icra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncədən olan millət vəkilləri, müvafiq strukturların rəhbərləri də qatılıb. Xeyirxah kampaniyada donor olanlardan tədarük edilən qan yoxlanıldıqdan sonra ehtiyacı olanlar üçün istifadə ediləcək.

Fərid Mehdiyev - şəhər sakini: Ölkəmiz üçün həssas olan indiki dövrdə bir KİV əməkdaşı, bir pedaqoq kimi yox, bir Azərbaycan vətəndaşı, bir Gəncə sakini kimi bu nəcib təşəbbüsə qoşulmaq məncə sağlamlq imkanları olan hər kəs üçün vacibdir. Biz 200-250 ml qan verməklə bir həyatı xilas edə, bir insan ömrünü uzada bilərik.

Həkim hematoloqlar tərfindən könüllü donorların sağlamlıq imkanları da yoxlanılıb. Müayinədən keçərkən səhhəti imkan verməyənlərdən qan götürülməyib.

Tahirə Məmmədova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: Respublikamızda 1200-ə yaxın talassemiya xəstəsi qeydiyyatdadır.Həmin xəstələrə ayda ən azı 2 dəfə qan köçürülməsi vacibdir.İzolyasiya ilə bağlı olaraq xəstələrimizin səhhətində bir qədər problemlər yaşandı, çünki qan verən könüllülər gələ bilmədilər.Hardasa 10-15 gündür ki, xəstələrimizin problemini həll etmək üçün bu tədbirə başlamışıq.Aksiyamız davam edir.Bəzi müəssisələr də bizə müraciət etməkdə davam edir.

Gəncə sakinləri öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün mütəmadi olaraq, könüllü şəkildə qanvermə aksiyasına qoşulurlar. Götürülən qan Qərb bölgəsi üzrə qeydiyyatda olan 100 nəfərə yaxın hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara köçürülməsi üçün ehtiyatda saxlanılır. Məqsəd bu cür xəstələrin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılmasıdır.

Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına səbəb olur.Bundan daha böyük iş, daha böyük vətənpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil.Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır.

Valeh Anaroğlu