KepezTV Player
"Kəpəz" klubunun sabiq futbolçusu Renan Alveş xeyirxah addımı ilə gündəmə gəlib. Braziliyalı müdafəçi vətənində yaşadığı qəsəbənin imkansız sakinlərini sevindirib. 28 yaşlı oyunçu Pasxa bayramı ilə əlaqədar dostları ilə birlikdə kasıb ailələrə ərzaq və şokolad paylayıb. Alveş çoxdankı arzusunu həyata keçirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib. O, bu xeyirxah əməldə iştirak edən dostlarına minnətdarlıq edərək imkanı az olan insanların üzünə təbəssüm gətirməyin qiymətsiz olduğunu və daha çox insanı bu cür aksiya keçirməyə təşviq edə biləcəyinə inandığını deyib. Hazırda Malayziyanın çempionatında çıxış edən "Kedah" klubunda oynayan Renan Alveş Azərbayan Premyer Liqasının 2016-2017 mövsümündə "Kəpəz"in formasını geyinib.
- Baxış: 806