Qərb bölgəsində damazlıq ev quşları daha çox Göygöl rayonunun kəndlərində yetişdirilir. Hazırda fermer və kənd təsrrüfatları yeni növ damazlıq qaz və qırqovulların sayını artırırlar. Gələcəkdə bu ev quşlarının satışı da nəzərdə tutulur.
Göygöl rayonunun Xəqani kənd sakini Taleh Hüseynov ötən ilin payızında təsərrüfatına Rusiya Federasiyasından yeni damazlıq qaz növü gətirib. Bundan başqa, fermer qırqovullarun da bəslənməsinə maraq göstərir.
Ağ və qara rəngli qazlar çəkisinə, həm də yumurta qoyma qabiliyyətinə görə yerli növlərlə müqayisədə çox üstündür. Qazları bəsləməyin digər bir üstün cəhəti isə mövsümi xəstəliklərə yoluxmaması, soyuğa davamlı olmasıdır.
Hazırda təsərrüfatda qazların sayı 300, qırqovulların sayı isə 60-a yaxındır. Fermer ilin sonuna kimi bu rəqəqmləri iki dəfə artırmaq niyyətindədir.
- Baxış: 910