KepezTV Player
Cənubi Koreyada koronavirusu 20 dəqiqədə analiz etməyə imkan verən bir reagent, yəni kimyəvi reaksiyanın meydana gəlməsini asanlaşdıran maddə yaradılıb. Bu barədə ölkənin Daequ Elm və Texnologiya İnstitutu açıqlama yayıb. Vurğulanıb ki, biokimyəvi analizlər zamanı reaksiyaları sürətləndirən və asanlaşdıran reagent vasitəsilə test müddətini 20 dəqiqəyə qədər qısaltmaq mümkün olacaq. Artıq 120-dən çox ölkə Cənubi Koreyaya yaratdığı koronavirus analiz dəstlərini almaq və ya humanitar yardım olaraq əldə etmək üçün sorğu göndərib. Xatırladaq ki, məhz Cənubi Koreya alimləri ilkin mərhələdə də koronavirus testlərinin müddətini 2 gündən 6 saata endirə bilmişdi.
- Baxış: 281