KepezTV Player
Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 7 aprel saat 00:00-dan 08 aprel 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 569 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.<br>Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
- Baxış: 199