Gəncədə dəhşətli hadisə baş verib. Əsəblərinə hakim ola bilməyən sərxoş kişi keçmiş həyat yoldaşının üzərinə benzin tökərəl yandırıb. Hadisənin təfərrüatlarını izləyək.
Zərrabi küçəsi 631 ünvanında ata evində yaşayan 34 yaşlı Məhbubə Abbasova keçmiş həyat yoldaşı 35 yaşlı Simon Abbasovla mübahisə edib. Belə ki, sərxoş vəziyyətdə uşağını görmək istəyən Abbasovu qadından aldığı cavab qane etməyib.
Simon Abbasov evdən çıxıb və bir müddət sonra geri qayıdaraq özü ilə plastik qabda gətirdiyi benzini qadının üzərinə tökərək onu yandırıb.
Yanıq xəsarətləri alan Könül Abbasova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində tutulub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1047