Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri ilə görüşüb. İcra başçısı görüşdə Azərbaycanda koronavirusa qarşı mübarizədə görülən tədbirlərdən və bu sahədə tibb işçilərinin fədakarlığından danışıb. Şəmkirdə epdidemioloji vəziyyətin sabit saxlanıldığı, həkimlərin öz peşə bacarıqlarını layiqincə yerinə yetirdiyi xüsusi vurğulanıb. Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayonda zəruri tədbirlərin görüldüyü, bu istiqamətdə işlərin davam etdiyi diqqətə çatdırılıb. Əminliklə vurğulanıb ki, həmrəylik nümayiş etdirməklə uğura nail olmaq, çətinlikləri dəf etmək, bu sınaqdan şərəflə, üzü ağ çıxmaq, koronavirus epidemiyasına qalib gələrək itkilərin minimum səviyyədə qalmasına nail olunacaq. Bunun üçün isə hər bir kəsin tövsiyyələrə əməl edib evdən eşiyə çıxmaması tələb olunur.
Yusif Quliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik şəxsin direktoru: Biz Şəmkir rayonunda bu məsələyə cox ciddi yanaşırıq. Tam hazırlıq işləri görmüşük. Tapşırığa görə digər orqanlar kimi səhiyyə işçiləri də gücləndirilmiş iş rejimində çalışır. Hal-hazırda mərkəzi xəstəxanada virusa yoluxmuş 8 nəfər xəstəmiz var. Onlar xüsusi rejimdə saxlanılır. Biz onlarla kontaktda olmuruq.
Natiq Hüseyn
- Baxış: 1082