Azərbaycanda hər bir vətəndaşın hərəkətləri polis naryadlarında olan elektron cihazlar vasitəsilə izləniləcək.Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişevin sözlərinə görə,vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya sms göndərməklə evdən çıxmasının səbəbini izah edəcək "Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazənin verilib verilməməsinə baxacaqlar.Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək".**Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə deyib ki, yaxın vaxtlarda vətəndaşların evlərdən çıxması üçün sənəd hazırlancaq və ictimaiyyətə açıqlanacaq. Sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi göstəriləcək.
- Baxış: 459