• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 28.03.2020 20:36

İaşə obyektlərinin yerində xidmət göstərdiyi son gün

KepezTV Player

Bu gün ölkənin digər bölgələrində olduğu kimi Gəncədə də kafe və restoranlar xüsusi rejim bitənədək son dəfə yerində xidmət göstərir. Çatdırma xidmətini indiyənədək müəyyən vaxt limitində həyata keçirənlər, 29 mart tarixindən etibarən şəhərdaxili onlayn satış və sifarişləri məhdudiyyətsiz icra edə bilərlər. Sözsüz ki, gigiyenik normalara əməl etmək şərti ilə...

Simur Ələsgərov restoran sahibi:Plastik qablara üstünlük vermirik. Digər ölkələrdən gəldiyi üçün onu falqa alüminium qablarla həyata keçiririk. Qablaşdırma edərkən gigiyenik normalara tam əməl edirik. Aşpazlarımız xüusi əlcək və maskalardan istifadə edir. Sifarişlərə yaxın məsafələrə velosiped, uzaq məsafələrə isə maşınla çatdırırıq.

İsmət Ələkbərov restoran administratoru:Biz də normativlərə uyğun davranırıq, hərəkət edirik. Müştərilərimizin sağlamlığı bizim üçün önəmlidir. Sifarişlərimiz təmizliyinə önəm veririk. Çatdırılma motosikletlə həyata keçirilir.

Bəs maraqldır, şəhər sakinləri sözügedən xidmət barədə nə düşünür?

Online sifariş yaxşıdır, insanlara evdən çıxmamağı tövsiyə edirəm. Nə yemək lazımdır, gətirirlər. İstifadə etməmişəm, amma tezliklə istifadəni düşünürəm.

Xüsusi karantin rejimi dövründə yerində xidmətin dayandırılması bütün ictimai iaşə obyektləri üçün keçərlidir. O, cümlədən pərakəndə ticarətlə məşğul olan obyektlər, geyim dükanları, gigiyenik vasitələrin satıldığı mağazalar...

Xədicə Qasımova satıcı:Bu gündən etibarən mağazamızın fəaliyyəti dayandırılır, amma online çatdırma xidmətimiz var. Müştərilər rəsmi instagram səhifəmizdən sifarişlər verə bilər.

Aytən İbrahimova dükan sahibi:Mövcud vəziyyətlə əlaqədar mağazamızda zəifçilikdir. Müştərilər azalıb, heç kim evdən bayıra çıxmır, özünü qoruyur. Bu gün son iş günümüzdü, butiki bağlayırıq. Sabahdan online xidmətimiz var. Saat 10-dan 6-ya dək. Xanımlarımız şəhərdaxili bu fürsətdən yararlana bilərlər.

Qadağanın tətbiqi sabahdan keçərli olsa da, şəhərdəki bəzi iaşə obyektləri artıq bu gündən fəaliyyətini dayandırıb. Elə indi qarşısında dayandığım ətir dükanı kimi...