Goranboyda koronavirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Qabaqlayıcı tədbirlər rayon mərkəzi, bütün inzibati və sosial binalar, eləcə də ictimai əraziləri əhatə edir.
Goranboyda rayon İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının yayılması təhlükəsinə qarşı dezinfeksiya tədbirləri görülür. Rayonun mərkəzi küçələri, prospektləri xüsusi maşınlarla dezinfeksiya edilir. Eləcə də işlər yaşayış binalarını əhatə edir. Sakinlər tibbi profilaktik tədbirləri yüksək qiymətləndirirlər.
Mətanət Qurbanova - sakin: Dezinfeksiya işləri çox yüksək səviyyədə gedir.Görülən işlərdən çox razıyıq. Sağ olsunlar.Biz də elan olunan qaydalara riayət edirik ki, koronavirusdan qorunaq.
Ayaz Sadıqov - sakin: Bugünki günü koronavirusla bağlı aparılan işlərin hamımız şahidiyik.Goranboy rayonu tarixi İpək yolunun üzərində yerləşir.Rayonun küçələri, prospektləri, bütün hər yerində çox böyük işlər görülür, o cümlədən səhiyyə idarələrimiz, rayon baytarlıq idarəsi, hamı əl-ələ verib bizi bu bəladan qurtarmağa çalışır.
Tibbi profilaktik tədbirlər Mənzil Kommunal Təsərrüfatı Birliyinin texnikaları ilə aparılır. Bundan əlavə, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tibbi briqadası mütəmadi olaraq təhsil, səhiyyə və mədəniyyət müəssislərində, sakinlərin daha çox istifadə etdiyi məkanlarda, dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində dezinfeksiyaedici tədbirləri icra edirlər.
Afayət Köçərli - sakin: Goranboy Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru: Rayonda 79 məktəb fəaliyyət göstərir.Onların hamısında, 32 uşaq bağçasında, o cümlədən rayon ərazisində olan bütün idarə və müəssisələrin hər birində dezinfeksiya işləri aparılmışdır.İctimai nəqliyyat vasitələri koronavirus xəstəliyinin tibbi profilaktikası məqsədilə hər gün işə çıxmamış dezinfeksiya olunur, daha sonra xəttə buraxılır.
Rayonda dezinfeksiya tədbirləri kəndlərdən də yan keçmir. İşlərə Rayon icra hakimiyyəti yanında yaradılmış operativ qərargah tərəfindən nəzarət edilir.
- Baxış: 309