Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyənləşdirilməsi zamanı dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əməkhaqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək. Bu barədə Koronavirusla bağlı İşçi Qrupun iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Videokonfrans formatında aparılan toplantıda nazir deyib ki, zərərin qiymətləndirilməsi sahibkarlıq subyektlərinin mart üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyənləşdiriləcək.Təkliflərinİ hazırlamaq üçün işçi qrupun üzvlərinə 3 gün vaxt verilib.İclasda o da bildirilib ki, pandemiyadan ən çox zərər çəkən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət kimi sahələrdi.
- Baxış: 181