Milli Məclisdə keçirilən plenar iclasların birində koronovirusla bağlı müzakirələr zamanı ortaya qoyulan məsələ çoxlarını sevindirdi. Millət vəkili Naqif Həmzəyev mövcud vəziyyətdə vətəndaşları ən çox narahat edən məsələni gündəmə gətirərək, bank kreditlərinin ödənilməsi ilə bağlı təklif irəli sürmüşdü. Deputat çıxışında ödənişlərin 2-3 ay müddətinə ləğv edilməsi, gecikmələrə görə cərimələrin tətbiqinin dayandırılması ilə bağlı banklara müraciət ünvanlamışdı. Çox keçmədi ki, bu təklif müsbət qarşılandı və dünən Nazirlər Kabineti yanında Operativ Qərargah mətbuat konfransında sözügedən məsələylə bağlı tezliklə addım atacağını bildirildi.
Naqif Həmzəyev millət vəkili:Xüsusi Qərargah bu məsələylə bağlı təkliflərə baxır və böyük ehtimal yaxın günlərdə sevindirici xəbər olacaq. Nəinki bu məsələ, ümumiyyətlə dövlət bizim sahibkarların və vətəndaşların yanındadır. Onların yükünü bölüşəcəklər. Misal üçün, toylar qadağan olunub, bəzi restoranlar işləmir. Müəyyən dərəcədə çalışaq ki, sahibkarların ziyanını konpensasiya edək və ya onlara müəyyən qədər dəstək verək.
- Baxış: 851