Gəncədə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin narahatlığına əsas yoxdur. Bütün istiqamətlər üzrə xəttlərə buraxılan avtobus və miktoavtobusların fəaliyyəti gündəlik qrafik üzrə davam edir. Sadəcə mövcud təhlükə, yəni koronavurus infeksiyasına qarşı atılan qabaqlayıcı addımlarlar – dezinfeksiya işləri ilə əlaqədar olaraq bəzi xətlər üzrə müvəqqəti çətinlik yaşana bilər. Bu da xəttə əlavə nəqliyyat vasitələrinin çıxarılması ilə tənzimlənir. Gəncə şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən verilən məlumata görə, bununla bağlı müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün sahibkarlarla profilaktik söhbətlər aparılıb və əhalinin mənzil başına vaxtında və təhlükəsiz şəkildə çatdırılmasının təmin edilməsi tələb olaraq qoyulub. Eləcə də bəzi qabaqlayıcı tədbirlər üzərində iş aparılır.
- Baxış: 639