Fransada malyariyanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib. "International Journal of Antimicrobial Agents" jurnalında yer alan xəbərə görə, hazırda COVID-19-un müalicəsi üçün xüsusi dərman mövcud deyil. Bununla belə, bütün dünyada yüzlərlə kliniki sınaqlarda başqa göstərişlər üçün nəzərdə tutulan dərmanların SARS-CoV-2-yə təsiri araşdırılır. Tədqiqat əsasən iki qrup preparat ətrafında aparılır: remdesivira – ribonuklein turşusunun transkripsiyasının vaxtından əvvəl kəsilməsi vasitəsilə virusun replikasiyasını inhibə edən geniş antiviral aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları. 6 pasiyent üzərində aparılan sınaqlar 6 gün sonra bəhrələrini verib. Nəticədə koronavirusa yoluxmuş 6 pasiyentin analizləri neqativ çıxıb. Alimlərin sözlərinə görə, test qrupunun kiçik olmasının və nəticələrin təsdiqlənməsi üçün daha irimiqyaslı sınaqlara gərək olduğuna baxmayaraq, bu nəticələr çox ümidvericidir.
- Baxış: 338