• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 20.03.2020 17:10

Milli dəyərlərimizi müasirliyin badına verməyək

KepezTV Player

Bu gün cəmiyyətimiz anbaan inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir zamanda söszüz ki, milli dəyərlərimizi qorumaq olduqca çətin məsələdir. Bəs, mövcud vəziyyətdə nə etməli? Bizi biz edən bayram adət-ənənələrimizi necə qorumalıyıq?

Sərəncam Ələkbərova - ziyalı: Biz uşaq olduğumuz dönəmdə Kosa, Keçəl obrazı canlandırıldı. Qarmon, dəf çalırdılar, maraqlı şənliklər keçirilərdi. O adamların kim olduğunu bilmirdik. İndi o adət-ənənə yoxdu. İndi Kosanı, Keçəli xüsusi şənliklərdə, toylarda görürük. Ancaq o zamanlar Keçəl, Kosa evlərə də gedirdi.

Sevindirici haldır ki, bayram adət-ənənələrinin müəyyən bir qismi bu gün də yaşayır və əksəriyyət tərəfindən icra olunur.

Yusif Axundov - ədəbiyyatçı: Gözəl adət-ənənələrimiz var. Tonqal qalamaq, üstündən hoppanmaq, qapı pusmaq, papaq atmaq. Bu adətləri uşaqlıqdan hər kəs icra edir və ömür boyu yadından çıxarmır. Məktəbdə 5 aldığı yadına düşmür., amma filankəsin qapısına papaq atmağı yadına düşür. Bu heç də acizlik, ehtiyacdan irəli gəlmir. El-ədətindən irəli gəlir. Gözəl bayramqabağı yarışlar, el oyunları olardı. Gənclərimiz artıq bu adət-ənənələri yaddan çıxarıb. Bunları gənclərə aşılamaq, təbliğ etmək lazımdır.

Müasirləşən dövrdə unudulmaqda olan milli-mənəvi dəyərlərimizi necə qoruya bilərik? Onların təbliği harda aparılmalıdır?

Sərəncam Ələkbərova - ziyalı: Məktəblərdə bunları uşaqlara aşılasınlar, maarifləndirilmə getsin. Unudulmaqda olan adət-ənənələrimizi müəllimlər uşaqlara başa salsınlar. Məsələn, əmək dərsində bunu təşkil edə bilərlər. Həmin drəsdə şəkərburanın üzərinə naxışın necə tətbiq olunduğunu göstərsinlər.

Yusif Axundov - ədəbiyyatçı: Bu milli adət-ənənlərimiz zamana görə müəyyən istiqamətlər alır. Biz ağsaqqallar müəyyən qədər irədəli olaq, onların unudulmasına imkan verməyək, yaşadaq.

Novruz ilk növbədə el şənliyidir. Elə bu bayramı xalqa sevdirən də onun hamılıqla qeyd edilən bir şənlik, ümumi sevinc olmasıdır. Qoy bu Novruz bizim birliyimizi daha möhkəm, xalqımızı və dövlətimizi yenilməz etsin.