Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib. Bu barədə təşkilatçıların “Twitter” hesabındakı məlumatında deyilir. “COVID-19-un bütün Avropaya yayılması təhlükəsi, həmçinin iştirakçı ölkələrin hökumətləri, o cümlədən Niderland hökuməti tərəfindən tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq “Eurovision” müsabiqəsinin keçirilməsi mümkün deyil”, - deyə rəsmi açıqlamada bildirilir. Təşkilatçılar həmçinin qeyd edirlər ki, Avropa Yayım Birliyi (EBU) bu il “Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək. “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi. Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil etməli idi.
- Baxış: 207