• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 17.03.2020 20:33

Koronavirus epidemiyasına görə azərbaycanlı sahibkarlara güzəşt edilə bilər

KepezTV Player

Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlədi də dünyada koronavirus pandemiyasının iqtisadiyyata göstərdiyi təsirləri müzakirə ediblər. Vurğulanıb ki, Azərbaycanda da virusdan qorunma tədbirləri sahibkarlıq mühitində müəyyən məhdudiyyətlərin tətbiq olunmasına gətirib çıxarır. Görülən tədbirlər müqavilə öhdəliyi olan sahibkarlıq subyektləri arasında müəyyən uyğunsuzluqlar yaradır. Müqavilədə fors-major hallarla bağlı xüsusi maddə olsa da, bu maddədə epidemiya öz əksini tapmayıb. Fors-major deyiləndə, daha çox təbii fəlakət və müharibə şəraiti başa düşülür. Bu baxımdan müqavilə öhdəliklərinə yeni maddələrin daxil edilməsi önəmlidir.

Tahir Mirkişili MM-in komitə sədri:Bu gün görülən tədbirlər turizm, logistika, kuriyer və bir çox sahələrdə məhdudiyyətə səbəb olur ki, burda da bir çox dövlətlərin təcrübəsində həm bir tərəfdən baxsaq ucuzlu, kiçik və orta sahibkarlığıa dəstəklə bağlı müxtəlif proqramları var. Amma eyni zamanda bir çox ölkələrdə vergi kanikulları, yaxud əlavə dəyər vergisinin azaldılması yaxud bir çox hallarda sahibkarların dövlət qarşısında öhdəliyinin müəyyən dövrlərə qədər təxirə salınması ilə bağlı tədbirlər görülür. Belə bir yeni stimullaşma tədbirləri hazırlnaması ilə bağlı məndə olan məlumatlara görə, hökumət daxilində müzakirə gedir.