• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 17.03.2020 20:30

Universitetlərdə onlayn dərslər

KepezTV Player

ADAU-da canlı onlayn dərslərlərə martın 16-dan start verilib. Mühazirələr universitetin rəsmi internet televiziyası və sosial şəbəkələr üzərindən gün ərzində 4 dəfə olmaqla, 60 dəqiqə yayımlanır. Yayım müddətində tələbələrin internet üzərindən ünvanlanan sualları da cavablanıdırılır.

Elcan Məmmədov ADAU-nun Mətbuat və İctimaiyyətlə Əlaqələr  Şöbəsinin müdiri:İlk dərsimiz universitetin rektoru İbrahim Cəfərov mühazirəsi oldu. Deyə bilərəm ki, maraq çox yaxşı oldu. Statistikaya baxanda görürük ki, 10 000 nəfərə yaxın şəxs tərəfindən izlənilib. Onlayn dərslər həm universitet tələbələri, həm də kənar şəxslər tərəfindən maraqla qarşılanır. 19 martadək dərslərin keçirilməsi nəzərdə tutulub. Tətil müddətində də tələbələrimiz üçün dərslər keçiriləcək.

ADAU-dan fərqli olaraq, GDU-da onlayn dərslərin tədrisinə bu gündən başlanılıb. Dərslər universitetin rəsmi facebook səhifəsindən tələbələrin ixtiyarına verilir. Mühazirələrin müddəti cədvələ müvafiq olaraq 45 dəqiqə ilə 1 saat arasında dəyişir.

Elturan Yusifov GDU-nun Tədris Şöbəsinin müdiri:Bu gün 2 dərs təşkil olunub. Növbəti günlərdə, bayram günləri daxil olmaqla, 20-dən artıq ixtisaslar üzrə müxtəlif fənlərdən dərslərin keçirilməsi nəzərdə tutulub. Sonuncu kurs istisna olmaqla, 1,2,3 və qoşa ixtisasların 4-cü kurslarına aid fənnlər tədris olunur.

Sözügedən canlı yayımlara texniki dəstək universitetdə fəaliyyət göstərən İnnovasiyalar Departamentinin əməkdaşları tərəfindən həyata keçirilir.

Vasif Həsənov GDU-nun İnnovasiyalar Departamentinin direktoru:Hazırda mövcud canlı yayımların icrası üçün əlimizdə imkanlar var. Amma bu işin daha professional təşkili üçün universitetdə studianın qurulmasının üzərində işlər aparılır. Müəyyən texniki avadanlıqlar alınıb, bəzi qurğuların alınması üçün işlər aparılır. Elektron universitet portalının yaradılması üçün modulların alınması üçün şirkətlərlə danışıqlar aparılır.

Hər iki universitetdə dərslərin canlı yayımla tələbələrə çatdırılması aparılsa da Azərbaycan Texnologiya Universitetində bu istiqamətdə hər hansı tədbir görülmür. UTECA-dan verilən məlumata görə, gələcəkdə onlayn dərslərin təşkili istisna edilmir.