• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 17.03.2020 10:22

Bu gün “Torpaq” çərşənbəsidir

KepezTV Player

Bu gün Novruz müjdəçiləri içərisində daha böyük mərasimlə qeyd olunan sonuncu, “Torpaq” çərşənbəsidir.Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel,Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Bununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrənin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır.

Müsahibimizin dediklərinə istinadən,Novruz bayramı öz ənənələri ilə digər bayramlardan fərqlənir.Çünki Azərbaycanın bir sıra ənənələri məhz Novruz bayramında qeyd olunur.

Torpaq çərşənbəsində hansı hazırlıqlar görürsünüz?və ya hansı adət-ənənələr?

Sorğudan da məlum olduğu kimi xalqımız novruz adət-ənənələrinə sadiq qalırlar. Biz də hər kəsin Torpaq çərşənbəsini təbrik edirik.

Tellan Zeynalova