• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 16.03.2020 15:23

Gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər

KepezTV Player

Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər.&nbsp;İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər.&nbsp;Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər.<br>İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.