"Dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək”. Bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib. İclasda “Təhsil haqqında” qanuna dəyişikliklər barədə də layihə müzakirə edilib. Təklifə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
- Baxış: 175