Yanvarın əvvəlindən indiyə kimi Gəncə Beynəlxalq Hava Limanından istifadə edən 40 nəfər koronavirus təhlükəsi ilə bağlı şübhəli şəxs kimi nəzarətə götürülüb. Onlar aeroportda quraşdırılan termovizor aparatı vasitəsilə müəyyənləşdrilən hərarəti yüksək olanlardır. Hava limanının səhiyyə məntəqəsinin tibb işçiləri tərəfindən xüsusi ayrılan otaq yoxlanılan sərnişinlər ardından Təcili Tibbi Yardım avtomobili ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına göndəriliblər. Əhalinin sıxlığı nəzərə alınaraq qabaqlayıcı tədbirlər kimi hava limanında uçuş reysindən öncə və sonra hava limanın giriş və çıxışları, sərnişinlərin gözləmə salonu, yeməkxana dizinfeksiya edilir. Eləcə də martın 14-dən İstanbul-Gəncə-İstanbul reysi təxirə salınıb.
Minayə Paşayeva - Gəncə Beynəlxalq Hava Limanının tibb məntəqəsinin baş həkimi: Bizdə 40 nəfər hərarəti yüksək olan sərnişinlər olub. Onları xəstəxanaya göndərmişik. Onlardan iksi Rusiya vətəndaşıdır ki, onlar Naftalana müalicəyə gələnlərdi. Qalanları isə Azərbaycan vətəndaşıdır. Xüsusi bizim bölməmiz birqadamız var ki, təyyarədə dizinfeksiya aparırlar. Üç gün əvvəlcədən bilirdik ki, Gəncə-İstanbul reysi təxirə salınıb. Bizə iki həftə, on günlük deyilib. Sərnişinlər bilet aldıqları kassaya müraciət edib yüz faiz ödənişlə geri qaytara bilərlər.
- Baxış: 1145