Artıq mart ayını yaşayırıq və havalar günü-gündən isinir. Bu cür isti havalarda diqqət olunası nüanslardan biri də düzgün geyim seçimidir. Xüsusən də uşaqlar üçün... Bəs görəsən, düzgün geyim dedikdə nə başa düşülür?
Təsadüfi deyil ki, uşaqlar arasında soyuqdəymə, zökəm, boğazağrısı kimi xəstəliklər məhz mövsüm dəyişməsi dövründə daha çox olur. Məsələn, yazın ilk günlərində... Bunu mütəxəssislər bəzi valideynlərin övladları üçün düzgün geyim seçməməsi ilə əlaqələndirirlər. Biz bu mövsümdə əsasən nələrə diqqət etməli, nəyə önəm verməliyik?
Bəli, həyatda ən vacib olan – sağlamlıqdır. İnsanın zövqü əsasən uşaq vaxtı formalaşır. Buna görə də geyim seçərkən uşaqların da istəyi mütləq nəzərə alınmalıdır. Bəzən məhz paltarların köməyi ilə azyaşlı özünün xüsusiliyini, təkrarolunmazlığını dərk edir, özünü ifadə etməyi öyrənir. Qoy övladınız sağlam və təkrarolunmaz olsun
- Baxış: 315