Gəncədə Çanaqqala şəhidləri və “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun xatirəsi anılıb. Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk Çanaqqala zəfərindən söz açıb, bu tarixi hadisədən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə xatırladıqlarını bildirib. Ana vətən uğrunda canından keçən Türk və Azərbaycan şəhidlərininunudulmadığı, istiqlal naminə aparılan mübarizə və qazanılan zəfərlərin əbədi olması arzulanıb. Tədbirin gedişatında Heydər Əlıiyev park kompleksində 18 Mart tarixini simvolizə edən 18 ədəd ağac əkilib.
Zeki Öztürk Türkiyənin Gəncədəki baş konsulu:Həm şəhidlərimizi yad etmək, həm də onların əziz xatirələrini yaşatmaq üçün simvolik olaraq 18 ədəd ağac əkdik.Bu gün münasibətilə bütün şəhidlərimizi və İstiqlal himnimizin yazıçısı, milli şair Mehmet Akif Ersoyun əziz ruhunu dərin hörmətlə yad edirik.
- Baxış: 293