Xaçmaz RPŞ Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupu əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adam öldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə yaşadığı evə baxış zamanı oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutusunda, 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərinin toxumları, eləcə də bir ədəd elektron tərəzi aşkarlanıb. Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədi ilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.<br>
- Baxış: 605