• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 05.03.2020 20:34

Yas çadırları, yoxsa mərasim zalları?

KepezTV Player

Gəncədə əhalinin istifadəsi üçün təklif olunan mərasim çadırlarının qiyməti fərqlidir. El arasında “xeyir-şər mağarları adlandırılan” bu çadırların qiyməti əsasən ölçüsünə, təklif olunan xidmət səviyyəsinə görə bir-birindən fərqlənir.

Yas mərasimlərində qurulan mağarlar, başsağlığı üçün gələnlərə göstərilən xidmət. Sosial statusundan asılı olmayaraq hər kəs rəhmətə gedəninin ruhu şad olsun deyə yas mərasiminə gələnləri yüksək səviyyədə qarşılayıb, yola salmaq istəyir. Burada vacib olan amili nəzərə alaraq.

Mahir Məmmədov şəhər sakini:İnsanlardı, qohumu, əqrəbəsi var, rəhmətə gedənə yanan insanlar var ki, mağarda yığılırlar. Qiymət də fərqlidir. Orda mağarın ofsiantı, aşbazı, çayçısı var. Buna görə də qiymət dəyişir.

Xalid Verdiyev şəhər sakini:Toy üçün də, vay üçün də vahid tarif olmalıdır. Fikrimcə bu xidmət ödənişsiz olsa, hamısından yaxşıdır.

Lakin bu xidmətin ödənişsiz olması real deyil. Çadırın qurulması, qab-qacaqla təminat, su təminatı qiymətin formalaşmasına təsir edir. Hələ üstəgəl mağar VİP oldusa, burada dizayndan tutmuş sanitan qovşaq xidmətinədək əlavə xərc yaranır.

Mahmud Babayev mağar sahibi:Yaxşı, yüksək səviyyəli mağarlar var 500 azn. Digərləri də 300 azn-dən başlayır. Mağarlarda gətirilən su çənləri də 3 gün üçün 20 azn təşkil edir. Yas yeri olan zaman zəng edirlər ki, gəlin.

Yəni sadəsi 3 gün üçün 300 manatdan başlayan mağar kirayəsinin qiyməti VİP olduqda 1000-1500 manatdək yüksəlir. Lakin 3-5 il öncəyədək Gəncədə yas mərasimləri yalnız qurulan çadırlarda keçirilirdisə bu gün xüsusi məkanlara, yəni mərasim zallarına da rast gəlinir. Bu mağar ənənəsini sıradan çıxartmasa da tələbatı formalaşdıra bilib. Fərqli qiymətlərə təklif edilən mərasim zalları adam başına 13 manatdan başlayan tarif təklif edirlər. İnteryerə diqqət edən insanlar menyu sifarişindən də asılı olaraq daha çox pul xərcləyə bilərlər.