Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Gədəbəydə də epizootik sabitliyi qorumaq məqsədi ilə rayon ərazisində saxlanılan iri və xirdabuynuzlu heyvanlar, itlər və quşlar arasında peyvəndləmə tədbirləri və müayinələr aparılır.
Gədəbəy Rayon Baytarlıq İdarəsi 18 sahə baytarlıq məntəqəsi vasitəsi ilə rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, sahibli itlərdə isə quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə aparır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri görülür. Bu günədək 33 min 815 baş iribuynuzlu, 1802 baş tək dırnaqlı heyvan, 3172 sahibli it peyvənd edilib.
Akif Məmmədov Gədəbəy Rayon Baytarlıq İdarəsinin rəisi: Aparılan tədbirlərin nəticəsidir ki, epizootik vəziyyət sabitdir. Bu günədək heç bir inveksion xəstəlik qeydə alınmayıb. Hal-hazırda tədbirlərimiz davam edir. Gədəbəy rayon Baytarlıq İdarəsi olaraq bundan sonrada çalışacağıq ki əhalini sağlam heyvan məhsulları ilə təmin edək.
Profilaktik tədbirlər çərçivəsində baytarlar tərəfindən fermerlərə peyvəndləmə aparılan heyvanların ətindən 14 gün ərzində istifadə olunmaması ilə bağlı məlumat verilib. Həmçinin təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsi tövsiyə edilib.
Razim Mehtiyev təsərrüfat sahibi: 5 heyvanım var. Saxlayıb dolanırıq. Baytarlarda vaxaşırı gəlib dabaq və qarayaraya qarşı iynə vururlar.
Gədəbəy rayonunda ümumilikdə 46 minə yaxın iri buynuzlu, 230 min xırda davar və 4 min baş sahibli it bəslənilir.
Natiq Hüseyn
- Baxış: 477