KepezTV Player
Göyçayın İkinci Ərəbcəbirli kəndində yanğın olub.73 yaşlı Pünhan Süleymanova məxsus, ümumi sahəsi 221 kvadratmetr olan cücə yetişdirmə sexində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı sexin 90 kvadratmetrlik hissəsi yanıb, içəridəki 5300 cücə tüstüdən boğularaq tələf olub, 5200 cücə xilas edilib, eləcə də yaxınlıqdakı 72 kvadratmetr sahəsi olan ev və 98 kvadratmetr sahəsi olan talvar yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
- Baxış: 340