• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 28.02.2020 19:08

Çindən gətirilən ton yarım kivi qurusu məhv edildi

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

MMC-dən biri tərəfindən Çin Xalq Respublikasından idxal olunan&nbsp; kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edilib.&nbsp; Agentlik əməkdaşları məhsuldan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim ediblər. Analizin nəticələrinə görə məhsulun tərkibində salmonella aşkarlanıb.<br>Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 1500 kq təşkil edən kivi qurusu Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib.<br>AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.