KepezTV Player
Ötən gün Masallının Təzəkənd kəndində baş verən güllələnmə hadisəsi ilə bağlı ətraflı məlumat vermişdik. Kənd sakini, 32 yaşlı Sarvan Ağayev keçmiş həyat yoldaşı - 21 yaşlı Alimə Nəbiyevaya, qaynı - 25 yaşlı Miralim Nəbiyevə və qayınanası - 43 yaşlı Zemfira Nəbiyevaya odlu silahdan atəş açıb. Nəticədə Alimə Nəbiyeva və qardaşı ölüb. Yaralı Zemfira Ağayeva xəstəxanaya yerləşdirilib. Hadisə yerindən bir qədər aralıda Sərvan Ağayev odlu silah yaraları ilə aşkar olunub. O da Masallı rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb. Yaralıların hazırkı durumu ilə bağlı həkim açıqlama verib.
- Baxış: 567