• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 21.02.2020 11:33

Suşi Azərbaycan mətbəxində

KepezTV Player

İnsanı cavan saxlayan, dünyanın dörd bir yanının ən sağlam və dadlı yeməklərindən biri hesab olunan suşi son illər ölkəmizdə də çoxlarının sevimli dadına çevrilib. Bu yeməkdən imtina edə bilməyənlərlə yanaşı, suşi adı gələndə "çiy balıq” deyib yeməyə risk etməyənləri də görürük.

Qeyd etmək lazımdır ki, onlarla suşi növü var və hər nə qədər hamısı eyni görsənsə də hər bir suşi növünün xüsusi hazırlanma qaydaları var. Onun hazırlanması üçün ilk növbədə xüsusi suşi düyüsü olmalıdır. Təbii ki, onu adi marketlərdən tapmaq mümkün deyil. Bundan başqa, suşi hazırlanması üçün qurudulan dəniz yosunu (Nori) və mütləq düyü sirkəsi olmalıdır.

Suşilərin xüsusi hazırlanma qaydaları olduğu kimi süfrəyə xüsusi servis qaydaları da var. Məsələn, suşi süfrəyə set və ya tək nəfərlik xüsusi suşi boşqablarında gətirilir. Onunla birlikdə süfrəyə əlavə olaraq soya sousu, vasabi və zəncəfil də qoyulur. Hər biri yediyiniz suşinin əvəzsiz dadını daha da artırmaq üçündür.
Suşinin tərkibini təşkil edən inqrediyentlər özündə böyük miqdarda vitamin kompleksi, mikroelementlər, zülal, omeqa-3 yağları birləşdirir. Bu elementlər orqanizm tərəfindən asanlıqla mənimsənilir və orqanların funksionallığını tənzimləyir. Suşi ilə qəbul edilən məşhur vasabi sousunun isə antiseptik təsiri var. Çox insan razılaşır ki, yapon qidası daha çox sağlamdır və onların uzunömürlülüyü bunun tam sübutudur.

Aynur  Mehdiyeva