Gəncədə fevralın əvvəlindən başlayaraq mövsümi çiçəklərin əkininə başlanılıb. Çiçəklər şəhərin mərkəzi meydanının ətrafında olan yaşıllıq zonasına, yol kənarlarına və istirahət guşlələrinə əkilir. İndiyə kimi soyuğa davamlı olan pirimula, viyola kimi müxtəlif növ güllər əkilib. Hazırda işlər hava limanına gedən yolun kənarlarında aparılır. Ərazidə qazon da salınacaq. Gəncənin park və istirahət guşələrinə müxtəlif növ ağaclar da əkilir.
İxtiyar İsgəndərov Gəncə Şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin şöbə rəisi: Gəncənin nə dekorativi varsa həmin sistemdə çiçəklər əkilir. Buta, paxlava fiquralı çiçəklər əkilir. Nizapi prospektinə bəzi yolların ayrıcına torpaqlar verilib yuxarı qaldırılıb fiquranın içinə gül-çiçək əkəcəyik. Yanvar ayından indiyə kimi 5 növ 150 mindən çox ağac əkilib.
- Baxış: 676