• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 19.02.2020 16:11

Göygöl rayonunda 2019-cu ilin yekunları müzakirə olunub

KepezTV Player

Göygöldə ötən il ümumi daxili məhsul istehsalının həcmi 208 milyon manatdan çox olub. 1000-dən çox şəxs sahibkar kimi fəaliyyətə başlayıb. 24 sahibkara 1 milyon  532 min manat güzəştli kreditlər verilib. Əsas kapitala 45 milyon manata yaxın vəsait qoyulub. Nəticədə 881-i daimi olmaqla 1556 yeni iş yeri yaradılıb. Bu barədə Göygöl rayon İcra Hakimiyyətində təşkil olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov hesabat ilində turizmin inkişafı üçün görülən işlərə diqqət çəkilib. Bu məqsədlə "Göygöl Milli Parkında" turizm infrastrukturu yaradılıb. Yeni otellər, kotejlər, istirahət güşələri, iaşə obyektləri istifadəyə verilib. Ötən il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 130 mənzilli 3 binanın tikintisi başa çatdırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi üçün inzibati bina isə yaxın günlərdə istifadəyə veriləcək. Bir sıra küçələrdə yenidənqurma işləri aparılıb. 8 yaşayış məntəqəsini birləşdirən Gəncə-Kəlıbəcər-Laçın avtomobil yolunun yenidən qurulmasına başlanılıb.  Hesabat dövürndə əhalinin işıq, qaz, su ilə təchizatında etibarlılıq təmin olunub. Toplantıda qarşıda duran vəzifələr də ətraflı təhlil edilib. Sonda il ərzində rayonun ictimai həyatında fallığı ilə seçilən bir qrup şəxsə Göygöl rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Natiq Hüseyn