Aztəminatl ailələr üçün çoxmərtəbəli yaşayış binalarının inşası şəhərin Kimyaçılar küçəsində aparılır. Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi ilə tikilən 4 binanın üçü 9 mərtəbəli, biri isə 10 mərtəbəli olacaq. Xüsusi layihə əsasında tikilən binalarda mənzillərin 10-u 3 otaqlı, 20-i 2 otaqlı və 219-u isə 1 otaqlı olacaq.
Layihəyə görə ərazidə üç 9 mərtəbəli bina inşa olunur. Bu binalar ümumilikdə 219 mənzilli olacaq ki, bunların da hamısı 1 otaqlıdır.
Vüqar Babayev sahə rəisinin köməkçisi:İşlərimiz yaxşı gedir. Ustalar vaxtlıvaxtında gəlir, inşaat materiallarımız var. Hazırda rəngsaz işləri gedir. Qapı, pəncərə qoyulur, santexnik işi gedir, elektrik işi görülür. Çalışırıq ki, vaxtından tez və keyfiyyətli işimizi görüb təhvil verək.
Burada inşa olunan 60 mənzilli 10 mərtəbəli binada son tamamlama işləri gedir. Mənzillərin 10-u 3 otaqlı, 20-i 2 otaqlı və 30-i isə 1 otaqlıdır. Binanın bütün otaqlarında suvaq işləri başa çatıb. Bir neçə gündən sonra otaqların rənglənməsinə başlanılacaq. Binaın iyunda təhvil verilməsi nəzərdə tutulur.
Mikayıl Zeynalov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini:Gəncə şəhərində hazırda cənab prezidentimizin müvafiq sərəncamı ilə aztəminatlı ailələr üçün binalar tikilir. 4 binanın tikintisi nəzərdə tutulub. Həmin sahədə böyük işlər gedir ki, bu da Gəncədə gənc ailələrin, aztəminatlı ailələrin evlə, mənzillə təmin olunması işinə böyük töhfə olacaq.
Ümumilikdə aztəminatl ailələr üçün çox mərtəbəli yaşayış binalarının inşası üçün 13 min kv metrə yaxın ərazi ayrılıb. Binaların həyətinə 2 ədəd su hovuzu, transfarmator stansiyası, eləcədə mərkəzi istilik üçün qazanxana binası da inşa olunacaq. Həyətdə uşaqların əylənməsi üçün meydança, oturacaqlar, gecə işıqlandırma dirəkləri də basdırılacaq. Bütün işləri ilin sonuna kimi yekunlaşdırmaq planlaşdırılır.
- Baxış: 709