Gəncənin orta məktəblərinin şagirdləri arasında keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi baş tutub. Təhsil nazirinin əmri ilə keçirilən müsabiqədə Gəncənin 46 məktəbindən 160 nəfər 8-11-ci sinif şagirdləri iştirak edib. Bu mərhələdə şagirdlərə 2 saat ərzində 10 nəzəri sual və oxuduqları bədii əsərdən 1-ni seçib və onu təhlil etmək tapşırılıb. Şəhər Təhsil İdarəsi tərəfindən təyin olunan münsiflər heyyəti iştirakçıların suallara cavabını yoxladıqdan sonra 1 həftə ərzində nəticələr məlum olacaq. Qalib gələn 3 iştirakçı isə paytaxt Bakıda keçiriləcək “Ədəbiyyat biliciləri” müsabiqəsinin Respublika mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin birinci - məktəb daxili mərhələsi ötən ilin noyabr ayında təşkil edilib. Bu turda hər məktəbdən qalib olan 3 nəfər şəhər mərhələsinə qatılıb.
Aynur Abdinova şagird:Ədəbiyyat bilicilərində şairlər haqqında, oxuduğumuz əsərlər haqqında suallar verilir, biz cavab yazırıq. Öz biliklərimizi ətrafdakı insanlarla da bölüşürük
Fərid Sərxani şagird:On sualı cavablandırdıqdan sonra oxuduğumuz əsərlərdən birindən çıxardığımız nəticəni təhlil etməyimiz inşa yazmalıyıq. Bu biz şagirdlərdə həm Azərbaycan ədəbiyyatı əsərlərinə həm də dünya ədəbiyyatı əsərlərinə tədqiq etməyə olan marağı artırır.
Söhrab Hacıyev Gəncə şəhər Metodik Mərkəzinin direktoru:Təhsil Nazirliyi tərəfindən kitaba, mütaliyiyə olan marağın artırılması ilə müxtəlif fənn müsabiqələri, aylıqlar keçirilir. Aprel aylığı mütaliyə alığı keçirilib. Bu da şagirdlərdə kitaba olan marağı daha da artırır. Məqsəd şagirdlərdə dünya ədəbiyyatına, Azərbaycan ədəbiyyatına meyl etdirməkdi.Hər il Gəncə şəhər ümumtəhsil məktəbləri müsabiqələrdə iştirak edir və nəticə ilə qayıdırlar.
- Baxış: 861