Gəncə Şəhər Yaşıllaşdırma təsərrüfatının işçiləri tərəfindən quruyaraq yol hərəkəti iştirakçıları üçün təhlükə yaradan ağacların budanması aparılır. Əhali tərəfindən daxil olan müraciətlər əsasında görülən tədbirlər şəhərin Səməd Vurğun küçəsini də əhatə edib. Təhlükəli hesab edilərək zərərsizləşdirilən ağaclar ötən əsrin 80-ci illərində əkilib və əsasən qovaq ağaclarıdır. Belə ağacların qol-budağı güclü külək əsən zaman sınıb elektrik və rabitə naqillərini sıradan çıxarır, qaz xəttlərinə zərər yetirir.
Pərviz Əliyev sakin:Gəncə Şəhər İcra Hakimiyyətinə quruyan ağaclarla bağlı müraciət etmişdik.Evimizin dam örtüyünü, elektrik naqillərini sıradan çıxarmışdı.Ərizəmizə baxdılar.Gəlib ağacları kəsdilər.
Rasim Əlirzayev Yaşıllaşdırma idarəsinin mobil qrupunun briqadiri:S.Vurğun küçəsində 14 nömrəli evin qarşısındayıq.Vətəndaş 2 çinar ağacının götürülməsi ilə bağlı müraciət edib. Biz də təhlükəli ağacları, evlərin dam örtüyünə, yüksək gərginlikli elektrik xətlərinə zərər verən ağacları vaxtında götürürük ki, külək olanda böyük fəsadlar törətməsin.
- Baxış: 506