KepezTV Player
Gəncədə yeniyetmələr yeraltı keçidə ziyan vurublar. Hadisə yanvarın 30-da şəhərin şah ismayıl Xətai prospektində qeydə alınıb. Azərbaycan Texnologiya Universitetinin qarşısındakı yeraltı piyada keçidindən istifadə edən 2 yeniyetmə keçidin tavan hissəsini yumruqlayaraq zədələyiblər. Keçiddəki müşahidə kamerası tərəfindən qeydə alınan görüntülər əsasında aparılan araşdırma nəticəsində hadisəni 17 yaşlı İlkin Zülfüqarov və 21 yaşlı Məhəmməd Nağıyev tərəfindən törədildiyi məlum olub və hər iki şəxs saxlanılıb.
- Baxış: 1638