Bəzən insanlar yeməkdən sora özünü ağır yuxulu hiss etməyindən yorğunluqdan, halsızlıqdan şikayətlənirlər.Mütəxəssislər yeməkdən sora vərdiş edilən bəzi davranışları dəyişdirməyi tövsiyə edir.Yeməyin növündən aslı olaraq həzm prosesi də fərqlidir. Ət 3-4 saata həzm olursa, tərəvəz tərkibli yeməklərdə bu proses daha tez olur.Ona görə də yeməkdən sora bəzi hərəkətlərə xüsusi diqqət yetirmək lazımdır.
Mütəxəssislərin sözünə görə, yeməkdən sonra idman etmək qətiyyən yolverilməzdir.Tox qarına idmanla məşğul olmaq məsləhətli olmadığı kimi, boş mədəylə də məşqlər yolverilməzdir.Ona görə də idmana başlamazdan əvvəl yemək əvəzinə bir az meyvə qəbul etmək, ya kokteyl içmək olar.Qidanın tam həzmi üçün mütləq tələsmədən və yaxşı çeynəyərək yemək lazımdır.
Gündəlik fiziki aktivliyin insan orqanizminə faydaları artıq peşəkarlarla yanaşı siravi şəxslərə də məlumdur.Amma bu fəaliyyət növü ilə məşğul olmağın da öz tələbləri var..
Bir çox insanlar yeməkdən dərhal sonra çay və ya su qəbul edirlər.Həkimlər bildirir ki, yeməkdən sora maye qəbulu qətiyyən yolverilməzdir və müxtəlif mədə xəstəliklərinə, hətta anemiyaya gətirib çıxara bilir.Vərdiş edilən qida rejimində buraxılan yalnışları düzəltmək çətin olsa da gələcəkdə baş verəcək xəstəliklərin qarşısını almaq və fəsadlarından qaçmaq üçün sağlam həyat tərzinə mütləq vərdiş etmək lazımdır.
- Baxış: 697