• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 10.02.2020 19:03

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

KepezTV Player

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Qərb regionunda türk iş adamları hansı fəaliyyətləri planlaşdırırlar? Ətraflı Valeh Anaroğlunun materialında.

Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artması özünü alqı-satqı münasibətlərində göstərir. Pərakəndə şəkildə ticarətin aparılması özünü daha çox onlayn formada göstərir. Gəncədən də internet üzərindən məhsul və xidmətlərdən yararlananların sayı artmaqdadır.

Qərb bölgəsində çalışan türk iş adamlarının da artan ticarət dövriyyəsində xidmətləri var. Əsasən kiçik və orta bizneslə məşğul olan Türkiyə vətəndaşları turizm, mədəniyyət və iqtisadi sektorda fəaliyyət göstərirlər. Gəncə-Qazax iqtisadi rayonuna investisiya qoyuluşunu təşviq etmək və yerli sahibkarlarla əlaqələrinin genişləndirilməsi də qarşıda duran əsas hədəflərdəndir.

Ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 180 milyon dollardan çox artaraq 2 milyard 33 milyon dollar təşkil edib.