Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına başlayıb. Aksiyanın məqsədi könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda Gənclər Gününə həsr edilən “Əsgərə salam” adlı fləşmob təşkil edib. Kütləvi tədbirdə 1200 nəfər yerli gənc iştirak edib. İştirakçılar tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib.
Mobil Qarayev - fləşmobun təşkilatçısı: Əsgərə Salam adlı layihənin əsgər silueti hərbi salam ilə, yəni hərəkətli bir hissəsi var idi. Hərbi salamın hərkətli hissəsi.
“Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına qoşulanların sayı 10 minlərlədir. Ərazisi işğal olunmuş rayonların icra hakimiyyətləri, müxtəlif dövlət qurumları, universitet, məktəb, bağça, idman federasiyaları, xaricdə təhsil alan tələbələr və fərdi şəxslər tərəfindən əsgər salamı vəziyyətində çəkilmiş yüzlərlə şəkil aksiya çərçivəsində sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqləri ilə paylaşılıb. Müraciətləri nəzərə alaraq aksiyanın müddətinin uzadılması nəzərdə tutulur.
Mobil Qarayev - fləşmobun təşkilatçısı: Bu sona çatdıqda böyük bir videorolikin hazırlanması və əsgərlərə təqdim olunması nəzərdə tutulur.
Azərbaycan gənci "Əsgərə salam" aksiyası ilə əsgərlərlə birgə olduğunu bir daha göstərir. Hər bir Azərbaycan gənci Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən an əsgərlərlə birlikdə işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır.
Mobil Qarayev - fləşmobun təşkilatçısı: Əsgərlər üçün Qarabağ qaziləri, Qarabağdan qaçqın və məcburi köçkünlərin ailələrini, uşaqlarını, şəhid ailələrinin ürəkdən gələn sözləri ilə doldurulmuş bir kitab hazırlandı. O insanlar öz əlləri ilə əsgərə arzularını yazdılar və Ağdam rayonunda N saylı hərbi hissədə əsgərlərə təqdim olundu bu kitab. Hansının ki, oxumaq məqsədilə verildi bu onlara ki, baxsınlar ki, Azərbaycan Respublikasının vətəndaşı necə əsgərinin arxasında durub və əsgərindən hansı gözləntiləri var.
- Baxış: 532