Fevralın 5-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Bağbanlar küçəsi 18 ünvanında yerləşən Xarici Dillər təmayüllü İnternat tipli Gimnaziya Məktəbində söküntü işləri aparılan zaman silahın tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd korroziyaya uğramış avtomat (AKS) və 1 ədəd avtomat darağı (dolu) aşkar olunub və Nizami rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.<br>Silahın ətrafında 100 kv.m əraziyə yerüstü, 215 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
- Baxış: 737