KepezTV Player
Bakıda koronavirus şübhəsi ilə 6 nəfər xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlar Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində karantin müddəti bitənə qədər müayinə olunacaqlar.22-28 yaş arasında olan həmin şəxslər Çində və Pekində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Məlumata görə, özlərinin heç bir şikayəti yoxdur. Sadəcə hərarətləri normadan bir qədər yüksək olduğu üçün karantin müddəti bitənə qədər həkim nəzarətində saxlanılacaqlar. Onlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılıb. Səhhətində heç bir problem yoxdur.
- Baxış: 344