• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 31.01.2020 12:05

Oyunların uşaq həyatında rolu

KepezTV Player

Həyatını oyuna çevirənlər,oyunda həyatını görənlər. Bəs bu oyunların səhhətimizə mənfi və ya müsbət təsiri var mı?

Son zamanlar dünyada geniş yayılan və azyaşlı uşaqlara təhdid xarakterli bir sıra internet oyunlarına rast gəlmək mümkündür. Sözügedən oyunlar uşaqları, hətta böyükləri belə özündən asılı vəziyyətə salaraq özünə xəsarət yetirməsinə səbəb olur. Təhlükəli oyunlara misal olaraq mavi balina,momo,mariam kimi bir çox oyunları göstərmək olar. Bir sıra ölkələr bu tipdə oyunlarla bağlı həyacan siqnalı verir, mütəmadi təbliğat işləri aparırlar..Hazırda günümüzdə qloballaşan digər oyun isə PUBG MOBİLE-dır. PUBG 23 Mart 2017-ci il tarixində ərsəyə gətirilib. İlk yeddi ayda pubg mobile rekord qıraraq, ən çox oynanılan oyun oldu. Və illər ötdükcə bu oyun Ginessin Rekordlar kitabına düşərək zirvəni fəth etdi.

Psixoloqların dediklərinə görə, oyunlara uşaqları məşğul edən sadə bir əyləncə kimi baxmaq olmaz. Övladların hərtərəfli inkişafı üçün onların xüsusi əhəmiyyətini diqqətdə saxlayaraq, yaşa uyğun düzgün seçim etməyin vacib olduğunu bildirirlər.Uşaqlar hansı yaşda, hansı oyunlara cəlb edilməlidir,bunu bilmək çox önəmlidir. Nəzərə almaq lazımdır ki,yaxşı və pis olan hər şeyin təməli uşaqlıqdan qoyulur.