• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 31.01.2020 18:25

6 aylıq körpə öldü, valideynləri həkim səhlənkarlığını iddia edirlər

KepezTV Player

Ötən ilin iyul ayında anadan olan Sabirabad rayon Moranlı kənd sakini 6 aylıq Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbzlik" və "qusma" şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə aparılıb. Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Lakin  yanvarın 29-da körpənin halı təkrar  pisləşdiyindən valideynləri  həmin şikayətlərlə yenidən onu xəstəxanaya aparıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və onun təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.<br>Uşağın atası Niyaməddin Cavadov isə övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Məsələyə münasibət bildirən Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin həkimi Rövşən Pənahov isə körpənin ölümündə valideynlərini günahlandırıb. Həkim qeyd edib  ki, körpə xəstxanaya gətrildikdən sonra lazım olan bütün müayinə və müalicə tədbirləri görüldükdən sonra&nbsp; təcili Tibb Universitetinin Uşaq Cərraiyyə Şöbəsinə aparılması məsləhət görülüb.