• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 30.01.2020 16:33

Gəncə səhiyyəsi gücləndirilmiş iş rejiminə keçib

KepezTV Player

Qlobal təhlükə yaradan yoluxucu xəstəliyin yayılması ilə əlaqədar səhiyyə nazirinin  imzaladığı əmrə əsasən Gəncə səhiyyəsi də gücləndirilmiş iş rejiminə keçib. Şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında bu məqsədlə 2 xüsusi palata yaradılıb. Lazımi dərman preparatları ilə təchizat təmin olunub.

Şirin Əhmədova Gəncə Şəhər Yolxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri:“Tibb işçiləri xüsusi geyimlə təmin olunub. Əgər belə xəstəlik halı müşahidə olunarsa biz xətləri qəbul etməyə hazırıq. Birinci gün tempuratura qalxırsa tempuratur saxlanılırsa, xəstədə ümumi halsızlıq, askırma, öskürmə halları müşahidə olunursa təcili həkimə müraciət etmək lazımdı”.