Koronovirusun Azərbaycana keçməsinin qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyi Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulub. Bu qadağa artıq ərzaq məhsullarına da şamil edilib. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib ki, bu məhsulların ölkəmizə buraxılması risk yaradır.
Səfər Mehdiyev DGK-nın sədri: Çindən İdxal olunan ərzaq məhsulları tam kontrolumuz altında nəzarətə götürülüb.Respublikaya buraxılması demək olar ki,qadağandır. Qida təhlükəsizliyini agentliyinin verdiyi qərara görə bütün sərhəd keçid məntəqələrində çin xalq respublikasından müvəqqəti olaraq gətirilməsi qadağan olunmmuş ərzad məhsulları dayandırılır.
- Baxış: 394