Şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən gənclər məsluliyyətdən yayına bilməyib. Gəncə polisi Təhlükəsiz Şəhər Xidmətinin kameralarının qeydə aldığı görüntülər əsasında onların kimliyini müəyyən edib. Avtomobillər cərimə meydançasına aparılıb, ozləri isə sutkalıq həbslə cəzalandırılıb.
Görüntülər Gəncədə qeydə alınıb. Günün müxtəlif saatlarında, şəhərin fərqli yerlərində avtoxuliqanlıq edib özlərinin və başqalarının həyatını riskə atan sürücülər məhkəmənin qərarı ilə sutkalıq həbs cəzası alıblar.
Hacı Həsənov baş inspektor: Qeyd etmək istəyirəm ki, Gəncə şəhərinin inzibati ərazisi Gəncə şəhər Baş Polis İdarəsinin təhlükəsiz şəhər xidmətinin kameralarının nəzarəti altındadır. Onların törətdikləri hər bir qayda pzuntuları həmin kameralar vasitəsi ilə izlənilir və qeydə alınır.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun nəqliyyat vasitələri duracağa yerləşdirilib. Özləri isə əməllərinə görə peşman olduqlarını deyirlər.
Taleh Məmmədov saxlanılan şəxs: Özümdən ixtiyarsız toy karvanında iki dəfə avtomobili fırlatmışam. Əməlimdən peşmanam üzr istəyirəm. Yəni toy karvanında təhülkə yartmışam.
Nail Rzayev saxlanılan şəxs: Möhkəm sürət həddi olduğuna görə manevr etmişəm. Bu əməlimdən də peşmanam. Bunu heç kimə məsləhət görümüərm.
Gəncənin yol polisləri bu kimi hallara qarşı tədbirləri davam etdirir.
Natiq Hüseyn
- Baxış: 1416