“Get özünü psixoloqa göstər” çox vaxt kinayə ilə verilən bu məsləhətə bəzən həqiqətən əməl etmək lazımdır. Bizdə əksər hallarda psixoloqu psixiatrla səhv salırlar. Bu isə sözügedən peşə sahiblərinə qarşı münasibətin birmənalı olmadığından xəbər verir.
Taciyə Mehdisoy psixoloq:Baxmayaraq ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Hazırda burada vəziyyət tam da ürəkaçan deyil...
Bəs görəsən, Gəncə sakinləri bu gün psixoloqa daha çox hansı problemlərlə müraciət edirlər?
Taciyə Mehdisoy psixoloq:Artıq baxışlar dəyişib. Əvvəl sadəcə kəskin mövzularla bağlı müraciətlər olurdu...
Həyatda qarşımıza çıxan ən müxtəlif problemlərin həlli məhz psixoloqlar tərəfindən asanlıqla çözülür. Amma bununla belə, yaxınlarının verdiyi məsləhəti ideal hesab edən insanlar da var.
Taciyə Mehdisoy psixoloq:Biz ətrafa kifayət qədər məsləhətlər verə biləcəyik. Çünki başqasının problemi bizim problemimiz deyil. Kənardan baxdığımız problemdir. Ətrafımızdakı insanlara psixoloq kimi məsləhət verə bilərik. Amma doğmayıqsa bu bir o qədər də yaxşı alınmayacaq. Nə məsləhət verəndə neytral olacayıq, nə də məsləhət alanda...
Düşüncə tərzi insanın həyatında çox böyük rol oynayır. Buna görə qərbdə psixoloq yardımına ciddi önəm verirlər. Əlbəttə, hamı yox, həyatda uğur qazanmaq, güclü, eyni zamanda xoşbəxt olmaq istəyənlər...
- Baxış: 304