Gəncədə yerləşən qəbiristanlıqların ərazisinin tullantılarla çirklənməsini yaxınlarının qəbrlərini ziyarətə gedənlər görməmiş deyil. Rast gəlinən mənzərənin heç də ürəkaçan olmadığını birmənalı şəkildə söyləmək olar. Bəzi hallarda tullantıların vaxtında yığılmaması, digər tərəfdən elə bəzi ziyarətə gələnlər tərəfindən natəmizliyin yaradılması qəbristanlıqlarda zibil qalaqlarının yaranmasına səbəb olur. Laqeydliyin yaratdığı bu hal isə ölən yaxınlarımızın və onların ətrafında uyuyanların ruhuna hömətsizlikdən başqa bir şey deyil.
Təranə İbrahimova - sakin: Tullantıları zibil qablarına yox, qəbirlərin arasına atırlar bəzən. Bu hal bizim şəhidlərimizə, ölülərimizə təhqirdir. Bu qədər zibil qabları var, zəhmət olmasa sakinlər tullantıları, gülab qabları, siqaret qutuları, butulkaları zibil qablarına atsınlar. Təmizliyə riayət etsələr, çox yaxşı olar, təmiz olar ətraf.
Bu məkana son mənzil də deyirlər. Tədricən bütöv bir nəslin, yığın-yığın insanların talelərinin sona çatdığı ünvan – qəbiristanlıq. Hər birimizin ən azı ildə bir neçə dəfə ziyarət etdiyimiz qəbiristanlıqların ərazisi şəhid bacısı Təranə İbrahimovanın da dediyi kimi, təmiz olmur. Bəzi hallarda küləyin gətirdiyi polietilen torbalarla, dünyasını dəyişən yaxınını ziyarətə gələnlərin təmizlik işləri adı altında zibillədiyi, digər tərəfdən isə ərazinin təmizliyinə cavabdeh olanların laqeyd yanaşması sonda göz oxşamayan vəziyyətin yaranmasına gətirib çıxarır.
Bəzi hallarda qəbristanlıqlarda zibil tutumlarının azlığı, eləcə də vaxtında tullantıların daşınmaması da haqlı narazılıqlar yaradır.
Ələddin Hüseyov - Nizami rayon Bələdiyyəsinin şöbə müdiri: Birinci növbədə qəbir sahiblərinin nəzərinə çatdırıram ki, hər bir qəbir sahibi təmizkar olmalıdır. Bəzi hallarda şikayətlər olur, bu da öz növbəsində haqlı narazılıqlara səbəb olur. Tövsiyə edirik ki, sakinlər tullantıları yol kənarına və zibil qutularına töksünlər. Çünki 10 gündən bir maşınlar gəlir və tullantıları aparırlar.
Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsi olmalıdır. Yaşıllıqları qorumaqla isə həm ümumi mənzərə dəyişər, hər də laqeyidlik nümayiş etdrən sakinlərin hara gəldi tullantı atmasının qarşısı alınmış olar.
Gördüyünüz məkan bir çoxumuzun dünyadan köçənlərinin uyuduğu yerdir. Ziyarət etdiyimiz, müqəddəs bildiyimiz belə məkanlarda kimin dəfn olunmasından asılı olmayaraq ruhlarına hörmət etməli, qəbrlərinin ətrafını təmiz saxlamalıyıq.
- Baxış: 521